Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yevlaxda mikroavtobusla minik maşını toqquşub.
Axar.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.