Yevlaxda polisin keçirdiyi tədbirlər zamanı 4 nəfər saxlanılıb

04.02.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yevlax, 4 fevral, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində Vüsal Əliyev, Ruslan Xəlilov, Rövşən Məmmədov və Natiq Bəkirov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin şəxslərdən 5 kiloqrama yaxın marixuana və tiryək aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью