Yevlaxda qeysəriyyə əməliyyatında uşağı ölən ANANIN SON DURUMU

22.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

19.10.2026-cı il tarixində saat 10:20 radələrində 1996-cı il təvəllüdlü hamilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə müraciət edib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.  

Qeyd olunub ki, hamiləliyin 38-39-cu həftəsində olan pasiyentə baş gəlişi, uşaqlıqda çapıq, çapığın qopma təhlükəsi diaqnozları təyin olunub və əməliyyata alınıb. Saat 11:50 radələrində ölü döl (qadın cinsli) doğulub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Zahı qadının bir müddət tibb müəssisəsində müalicəsi davam etdirilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ötən gün  Yevlax rayonu rayon mərkəzi xəstəxanasında Səmədabad kənd sakini 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayevanın uşağı qeysəriyyə əməliyyatı zamanı ölmüşdü.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью