Yevlaxda qəza oldu Yaralanan var

21.11.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlax rayonunun Tanrıqullar kəndi yaxınlığından keçən avtomagistralda qəza baş verib. 

"Unikal"ın məlumatına görə, biri "Mercedes" markalı minik maşını olmaqla iki avtomobilin toqquşması zamanı bir nəfər gənc oğlan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı  avtomobili ilə ərazidən keçən hərbçi həkim briqadasını gözləmədən yaralını təcili xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью