Yevlaxda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ Yaralanan var FOTO

29.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, hadisə  bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində qeydə alınıb.
 

Qəza zamanı “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.


Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Qarabağ bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью