Yevlaxda üç avtomobil aşdı

15.12.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Şəfa" broyler toyuqlarını daşıyan yük maşını, həmçinin "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.

Hər üç nəqliyyat vasitəsi aşıb. yükü ətrafa səpələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью