Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qadın ölüb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Hüseynova Nərmin Rafiq qızı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.