Yevlaxda VAZ traktorla toqquşdu Xəsarət alanlar var (FOTO)

17.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Tanrıqulular kəndi ərazisində baş verib. Belə ki, Həsənov Elvin Eldar oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Gülməmmədov Vüsal Camal oğlunun idarə etdiyi qoşqulu mini traktorla toqquşub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralı şəxslər xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью