Yevlaxda yanğın baş verdi 40 dan çox cücə tələf oldu

27.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Yevlaxda cücə yetişdirən şəxsin həyətində yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə Havarlı kəndində, kənd sakini Mehman Yusifova məxsus fərdi təsərrüfatda baş verib.

Xüsusi çəkilmiş işıqlandırma sistemi altında cücə yetişdirən kənd sakininin həyət daxili kiçik ölçülü tikilisində baş verən yanğın böyüyərək həyətdəki "Vaz 21012" markalı maşına keçib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram edərək böyüməsinə imkan verməyib. 40-dan artıq cücə məhv olub, maşın yanaraq yararsız hala düşüb, quşçuluq üçün istifadə olunan tikili ciddi zərər görüb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram  Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью