Yevlaxda yeni stadionun inşasına start verilib

24.03.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Karvan-Yevlax” əsas meydançanın təmirindən, yataqxananın tikintisindən sonra ehtiyat meydançada işlərə start verib.

İdman.Biz-in sportinfo.az-a istinadən məlumatına görə, artıq əraziyə texnika cəlb olunub, aktiv yenidənqurma başlayıb.

Yenilənən ehtiyat meydança rəsmi oyunları da qəbul etmək tələblərini qarşılayacaq.

Belə ki, meydança təbii örtük olacaq. Ətrafında 1500-2000 nəfərlik tutumu olan tribunalar inşa olunacaq.

Tribunaların altında isə inzibati və paltardəyişmə otaqları salınacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью