Yevlaxda yeniyetməni qətlə yetirənlər saxlanıldı

13.03.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yevlaxda qətl törədənlər saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda şübhəli bilinən 3 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam edir.

***
19:03

Yevlaxda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb.

Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 17 yaşlı Ayxan Quliyev bıçaqlanaraq öldürülüb.

18 yaşlı Əli Zülfüqarlı isə yaralanaraq Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

 Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью