Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

27.10.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Yevlaxda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, ağır kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin edilən şəxslər üzərində aparılan reanimasiya tədbirlərinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.
Ölənlər 1996-cı il təvəllüdlü Paşayev Emil Qurban oğlu və 2002-ci təvəllüdlü Məmmədov Oruc Aydın oğludur. Onlardan biri yenicə ailə qurub, digəri isə nişanlı idi.
Qəzada həyatını itirən gənclərdən birinin fotosunu təqdim edirik: 


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью