Yevlaxdakı cinayətə görə saxlanılanların sayı 3 ə ÇATDI

13.03.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlaxdakı qətl hadisəsini törətməkdə şübhəli bilinənlərin sayı 3-ə çatıb.
Bizim.Media-nın yerlil bürosu xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Rəhim Quliyev də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 

Qeyd edək ki, bundan əvvəl cinayəti törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdlü Mustafalı Həsən və 2005-ci il təvəllüdlü Mustafazadə Məhəmməd saxlanılıb.


Xatırladaq ki, Yevlax rayon mərkəzində gənclər arasında mübahisə faciə ilə nəticələnib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ayxan Quliyev və həmyaşıdı 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaqlanıb.
Hadisə zamanı 17 yaşlı A.Quliyev ürək nahiyəsindən bıçaqladığı üçün hadisə yerində dünyasını dəyişib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью