Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndə qətl Hamilə qadın öldürülüb

26.11.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Yevlax rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Sevinc Rəsulovanı qətlə yetirməkdə təqsirləndirilən Şərəvəddin Rəsulovun işi üzrə ibtidai istintaq yekunlaşıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Xalid Məmmədovun sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

Xatırladaq ki, hadisə bu ilin avqustunda “Qaraçılar məhəlləsi” deyilən ərazidə qeydə alınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью