sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Karvan-Yevlax"dan ayrılan Kayl Spensin yeni klubu müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 29 yaşlı vinger karyerasını İsraildə davam etdirəcək.
Futbolçu bu ölkənin "Makkabi Petah Tikva" klubu ilə razılıq əldə edib və artıq tərəflər arasında müqavilə imzalanıb.
Onun sözləşməsinin müddəti bir mövsüm üçün nəzərdə tutulub.
Qeyd edək ki, Kayl Spens başa çatan mövsümdə "Karvan-Yevlax"ın formasını geyinib.