Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yevlax rayonu, Kövər kənd sakini Vəliyev Natiq İsa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi iddia edir ki, 2024-cü il may ayının 17-də “Umico Market”dən planşet sifariş versə də, mayın 19-da çatdırılan bağlamada xarab “planşet” çıxıb.
“Mən, Vəliyev Natiq İsa oğlu, yazaraq bildirirəm ki, kasıb ailəyəm, oğlum ruhi əsəb xəstəliyindən əziyyət çəkir.
Həyat yoldaşı isə dünyasını dəyişib. İki azyaşlı oğlan uşaqlarını qəyyumluğa götürmüşəm.
May ayının 17-də vəziyyətimlə əlaqədar olaraq, nəvələrim üçün “Umico Market”dən bir ədəd planşet sifariş verdim.
Bildirdim ki, nəvələrimin plaşnşetdə oyun oynaması üçün sifariş edirəm.
Fidan adlı xanım mənə bildirdi ki, mən cavabdehəm, nəvələrin bütün oyunları planşetdə oynaya biləcəklər. May ayının 19-da bağlamam gəldi.