Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 912 milyon 447 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 866 milyon 123 min dollar təşkil etmişdi. Beləliklə, yeyinti məhsullarının idxalı illik müqayisədə 46 milyon 324 min dollar və ya 5,3% artıb.
Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Yeyinti məhsullarının ümumi idxalda payı da yüksəlib. 2025-ci ilin ilk 4 ayında bu məhsullar ümumi idxalın 10,65%-ni təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə pay 16,52%-ə çatıb.
Ümumi idxalın azalmasına baxmayaraq, yeyinti məhsulları üzrə idxalın artması diqqət çəkir. Bu, ərzaq məhsullarına xarici tədarük asılılığının hələ də yüksək olduğunu və bəzi məhsullar üzrə idxal xərclərinin artdığını göstərir.