Yeznəsini döydü, polisə düşdü

31.03.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qusar rayonunda 26 yaşlı oğlan yeznəsinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhəri F.Həsrətov küçəsi ərazisində baş verib. 2000-ci il təvəllüdlü Ceyhun qohumu Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, qohumuna xəsarətlər yetirib.
Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью