“Yığımcıl oldum, amma varlı olmadım”

10.08.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bu sözləri vəkil Şəfiqə Nağıyeva həyatında yaşadığı peşmanlıqlardan, daim yaxınlarını düşündüyü üçün öz arzularını təxirə salmasından danışarkən deyib.

"Sonda heç özüm də bilmədən yaşım 40, 50, 60, 70 oldu. Heç bir ölkədə olmadığımdan heç bir yer barədə xatirələrim də olmadı.

Ən gülməli o oldu ki, yığımcıl olsam da varlı olmadım, amma sonda yaxşıca dərs aldım. Başa düşdüm ki, həyat məni gözləməyəcək, mən nə vaxt insan kimi yaşamağa qərar verim.

Bunu ona görə yazıram ki, siz mənim səhvlərimi etməyəsiniz. Onsuz da sonda qiymət verən olmayacaq”, – deyə Şəfiqə Nağıyeva bildirib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью