Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
İtaliya B seriyasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığma komandasının forvardı Lorenzo Mezzoteronun da formasını geyindiyi “Sampdoriya” evdə “Virtus Entella” ilə qarşılaşıb. Genuya təmsilçisi bu görüşdə 2:0 qalib gəlib.
Mezzotero 17-ci dəqiqədə, hesab 0:0 olarkən meydana çıxıb və 42-ci dəqiqədə özü başladığı hücumu qollar tamamlayıb.
Bu isə onun peşəkar səviyyədə klub karyerasında ilk qol kimi tarixə keçib. Lorenzo 90-cı dəqiqədə əvəzlənib. “Sampdoriya” hazırda 8 xalla turnir cədvəlində 18-ci pillədədir.