Yığma komandanın üzvləri gənc futbolçularla görüşdü

13.11.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının futbolçuları "Qəbələ" Futbol Akademiyasının yeniyetmə oyunçuları ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Məşqdən sonra baş tutan görüş zamanı millinin futbolçuları yeniyetmələrə top və imzalı formalar hədiyyə ediblər. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью