Yığma Minskdə 4 cü oldu

21.02.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə əldə edən komandaların qarşılaşmasında Özbəkistan seçməsi 2:1 hesablı qələbə qazanıb. Millimizin heyətində qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Bununla U-17 İnkişaf Kubokunda 4-cü yeri tutub.

Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью