Yığmamız Albaniya ilə üz üzə

21.02.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın qadınlardan ibarət U-19 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 2-ci oyununu keçirəcək.

QOL.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək.

Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

21 fevral

17:30. Albaniya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar)

Baş hakim: Martina Molinaro (İtaliya)

Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)

Dördüncü hakim: Roxana Recorean (Rumıniya)

Rrogozhine stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью