Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən EEVZA çempionatında beşinci yeri tutub.
Apasport.az xəbər verir ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi komandamız A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşıb.
Hər iki görüşdə məğlub olan millimiz beşinci yer uğrunda oyuna çıxıb.
Azərbaycan yığması həlledici qarşılaşmada Gürcüstan millisini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Qeyd edək ki, finalda Polşa millisi Ukrayna yığmasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər AVF rəsmisi CEV-dən təyinat alıb Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək