Yığmamız Avropa Kubokunda 1ci yeri tutub İdman və Biz

25.11.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cüdoçularımız Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda uğurlu çıxışla yadda qalıblar.

İdman.biz xəbər verir ki, yığmamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar.

Bu nəticə ilə ölkəmiz medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.

Qeyd edək ki, Zeyd Ələsgərov (60 kq) və Sübhan Axundov (+90 kq) qızıl medal, Fəxri Sahibzadə (66 kq) gümüş medal, Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə (55 kq), Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Tunar Fərzəliyev (+90 kq) isə bürünc medal qazanıblar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью