Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07.06.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

3x3 basketbol üzrə qadınlar Avropa Kuboku-2025 təsnifat mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, millimiz Kosovoda keçirilən turnirdə yerli komanda ilə birlikdə B qrupunda yer alıb.

Basketbolçularımız Kosovo yığmasına 22:10 hesabı ilə qalib gəlib, qrup lideri kimi yarımfinala yüksəliblər. Bu mərhələdə rəqib Malta millisi olacaq.

Qeyd edək ki, yarımfinal oyunu iyunun 8-də Bakı vaxtı ilə saat 20:40-da start götürəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью