Yığmamız “Bahar Kuboku”nda 2 medal qazanıb

26.04.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprel 24-26-da Türkiyənin Adana şəhərində kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq turnir təşkil edilib.

Idman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışı 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. O, 1000 metr məsadə bir nəfərlik kanoe qayığında mübarizə bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsində yer alıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью