Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Bolqarıstanla üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 141:48.
Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.