Yığmamız “Böyük Dəbilqə”də 4 medal qazandı

21.06.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Monqolustanın Ulan-Bator şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. 

Apasport.az xəbər verir ki, yığmamız yarışı dörd medalla tamamlayıb.

Balabəy Ağayev 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov 66 kq-da, Murad Fətiyev 90 kq-da, Zelim Kotsoyev isə 100 kq-da bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə 17 idmançı ilə təmsil olunub. Heyətdə 12 kişi və beş qadın cüdoçu yer alıb.

Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək Cüdoçular kəmər dərəcələri üzrə imtahan verib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью