Yığmamız bu gün Lixtenşteynlə üz üzə gələcək

13.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.

D Liqasının 2-ci qrupunun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.

Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью