Yığmamız Danimarkaya qalib gəldi

12.07.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18 yaşadək qız basketbolçulardan ibarət milli komandamız Avropa çempionatı B divizionunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komandamız 9-16-cı yerlər uğrunda mübarizə aparır.
Millimizin rəqibi Danimarka olub. Basketbolçularımız 75:72 hesabı ilə qalib gələrək, növbəti oyunda mübarizə aparmaq hüququ əldə edib. Yığmamızın rəqibi Slovakiya olacaq. .
Qeyd edək ki, C qrupunu 3-cü yerdə başa vuran yığmamız yüksək yerlər uğrunda mübarizə aparmaq şansını itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью