Yığmamız Estoniyada Latviya ilə oynayacaq

21.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, yarış noyabrın 27-30-da Estoniyada keçiriləcək.

Çempionatda ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya yığmaları olacaq.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

B qrupu
27 noyabr

17:30. Azərbaycan - Estoniya


29 noyabr
17:30. Azərbaycan - Latviya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью