Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yığmamız Farer adalarına qalib gəldi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda sonuncu oyununa çıxıb.
QOL.az xəbər verir ki, yığmamız Farer adalarının U-19 komandası ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.
Xatırladaq ki, komandamız bundan əvvəl Monteneqroya (2:7) və Serbiyaya (0:4) uduzub. Bütün oyunlar Serbiyanın paytaxtı Belqradda keçirilib.
Qeyd edək ki, qrupda Serbiya və Monteneqro hərəyə 6 xalla ilk iki pillədə qərarlaşıb. Azərbaycan 3 xalla üçüncü, Farer adaları isə xalsız sonuncu yerdədir.