Yığmamız iki bürünc qazanıb FOTO

06.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında Avropa kuboku start götürüb.

İdman.biz xəbər verir ki, ilk yarış günündə cüdoçularımız 2 bürünc medal əldə edib.

Kişilər arasında 73 kq çəki dərəcəsində Kamran Süleymanov və qadınların mübarizəsində isə 78 kq çəkidə Nərmin Əmirli üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirdə 39 ölkədən 413 idmançı mübarizə aparır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью