Yığmamız İslandiyaya uduzdu İdmanXəbər

13.11.2024

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gəlib.

Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan görüş İslandiya seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti oyununu noyabrın 16-da İrlandiya yığmasına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью