Yığmamız Malta ilə üzləşəcək

05.06.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью