Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın futbolçulardan ibarət yığmamız 2024-cü ilin sonunda Rusiya millisi ilə iki yoldaşlıq matçı keçirəcək."Football-plus.az" xəbər verir ki, bu barədə Rusiya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb.Rusiyanın qadınlardan ibarət yığması noyabrın 24-dən dekabrın 3-nə qədər Soçidə təlim-məşq toplanışı keçəcək.
Azərbaycanla oyunlar da toplanış zamanı baş tutacaq.Görüşlər noyabrın 28-də "Fişt" stadionunda və dekabrın 2-də "Soçi" klubunun məşq bazasında qapalı rejimdə keçiriləcək.
Oyunlar Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.Qeyd edək ki, Rusiya və Azərbaycanın qadınlardan ibarət milliləri daha əvvəl iki dəfə münasibətləri aydınlaşdırıblar.
2021-ci ilin sentyabrında Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Moskvada rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Həmin ilin noyabrında Bakıda baş tutan qarşılaşma da Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:0.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.