Yığmamız səfərdə Monteneqro ilə qarşılaşacaq

08.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Monteneqronun qonağı olacaq.

Qarşılaşma Nikşiç şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı Andorradan olan baş hakim Marta San Xuan idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib. Hazırda hər iki komandanın hesabında 4 xal var. Son pillədə qərarlaşan Litvanın xalı yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью