Yığmamız Şimali İrlandiya, Albaniya və Monteneqro ilə qarşılaşacaq İdman və Biz

06.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, ikinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью