Yığmamızdan 4 medal

23.08.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Apasport.az xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.

İspaniya Supekubokunda 2 qızıl medal İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub Paracüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb Paracüdoçularımız Almaniyada Avropa çempionatında Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью