Yığmamızdan beynəlxalq turnirdə ardıcıl 3 cü qələbə FOTO

20.06.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

14 yaşa qədər oğlanlardan ibarət Azərbaycan millisi basketbol üzrə "Airom Cup" beynəlxalq turnirində 3-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, Qazaxıstanın Atrau şəhərində təşkil edilən yarışda rəqibimiz yerli "Airom" klubu olub.

Basketbolçularımız 89:32 hesablı qələbə ilə ardıcıl üçüncü dəfə parketdən üstün ayrılıb.

Qeyd edək ki, komandamız ilk qarşılşmada Qırğızıstanın "Edelveys"inə 94:13, Rusiyanın "Devons"una 89:23 hesabı ilə qalib gəlib.

İyunun 22-də başa çatacaq turnirin ən güclüsü dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью