Yığmamızdan növbəti bürünc medal İdman və Biz

09.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyində növbəti medalını qazanıb.

İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda Gülay Əliyeva fəxri kürsüdə yer alıb.

44 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Türkiyə, Monteneqro və Yunanıstandan olan rəqiblərini məğlub edib. Gülay yarımfinalda polşalı Qabriela Vrzeşa uduzaraq, bürünc medala sahib çıxıb.

Qeyd edək ki, birinciliyin ilk günüdə taekvondoçumuz Fərid Əlizadə (61 kq ) bürünc medal əldə edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью