Yığmamızın Avropa kubokunda rəqibləri bəlli olub

31.01.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Kosovonun paytaxtı Priştinada şəhərində 3x3 basketbol üzrə Avropa kubokunun təsnifat mərhələsində Azərbaycan millisinin rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət yığmamız İrlandiya, Kosovo, Kipr, Albaniya və Malta ilə gücünü yoxlayacaq.

Qadınlardan ibarət komandamızın rəqibləri isə İrlandiya, Kosovo, Kipr və Malta milliləri olacaq.

Hər 2 yarışda təsnifat mərhələsinin qalibi Avropa kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin matçları iyunun 7-8-də olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью