Yığmamızın dünya çempionatı üçün ilkin heyəti bəlli olub

18.09.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

4–11 oktyabr tarixlərində Bakı cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək. 

İdmançılarımız performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar. 

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr aralığında, qarışıq komanda yarışı isə 11 oktyabrda baş tutacaq. 

Dünya çempionatında iştirak edəcək heyəti təqdim edirik: 

Qadınlar

-48 kq
Şəfəq Həmidova 
Könül Əliyeva 

-52 kq
Gültac Məmmədəliyeva 

-57 kq
Xədicə Qədəşova 

-70 kq
Südabə Ağayeva 

+78 kq
Madina Kaisinova  

Kişilər 

-60 kq
Balabəy Ağayev 
Əhməd Yusifov 

-66 kq
Ruslan Paşayev 
Turan Bayramov 
Nizami İmranov 

-73 kq
Hidayət Heydərov 
Rəşid Məmmədəliyev 

-81 kq
Zelim Tçkayev 
Ömər Rəcəbli 
Vüsal Qələndərzadə

-90 kq
Murad Fətiyev 
Elcan Hacıyev 
Süleyman Şükürov 

-100 kq
Zelim Kotsoyev 

+100 kq
Uşanqi Kokauri 
Kənan Nəsibov 
Camal Qamzatxanov

Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью