Yığmamızın Dünya kuboku üçün heyəti müəyyənləşib | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Akrobatika üzrə Azərbaycan yığmasının Bakıda keçiriləcək Dünya kuboku üçün heyəti müəyyənləşib.
İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlükləri, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişi qrupu, və Nezrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovanın təmsil olunduğu qadın qrupu çıxış edəcək.
Qeyd edək ki, iyunun 13-15-də keçiriləcək Dünya kubokunda yeddi ölkədən 63 idmançı çıxış edəcək.
Bakıya Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan komandalar gələcək.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu