Yığmamızın oyununda norveçli hakim

13.01.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Futzal üzrə AÇ-2026-nın əsas mərhələsində keçiriləcək Azərbaycan – Yunanıstan oyununun təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, fevralın 4-də baş tutacaq qarşılaşmada iki ölkə təmsilçiləri ədaləti qoruyacaq.
Bakıdakı matçın 1-ci hakimi norveçli Telmen Undrah olacaq. Ona almaniyalı Yakob Pavlovski və həmyerlisi Daq Erik Tanqvik kömək edəcəklər. Matçın hakim-inspektoru Sreten Vasiç (Serbiya), UEFA nümayəndəsi Vladimir Kolbasyuk (Moldova) olacaq.
Qeyd edək ki, Bakı İdman Sarayındakı oyun saat 20.00 başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью