Yığmamızın qapısına 12 qol vuran baş məşqçi daha iki illik etimad | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. İngiltərə Futbol Federasiyası gənclər yığmasının baş məşqçisi ilə müqaviləni yeniləyib.
İdman.biz xəbər verir ki, Li Karsli ilə yeni razılaşma AVRO-2027-nin sonunda kimi nəzərdə tutulub.
51 yaşlı mütəxəssis 2018-ci ildən İngiltərənin U-21 millisində çalışır. Karsli 2021-ci ildən baş məşqçi təyin olunub.
O, ötən il qısa müddətdə ölkənin əsas yığmasında da başçılıq edib.
Qeyd edək ki, Karslinin başçılıq etdiyi komanda AVRO-2025-in seçmə mərhələsində eyni qrupda yarışıb.
İngilislər iki oyunda millimizin qapısından 12 top keçiriblər (5:1, 7:0) İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu