Yığmamızın revanş arzusu

27.05.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün başa çatacaq yarışın ikinci günü 1/4 final görüşləri ilə başlayacaq.

Azərbaycan millisi Latviya ilə üz-üzə gələcək. Üç gün əvvəl Dünya kubokunun seçmə oyununda 11:18 hesabı ilə uduzaraq Monqolustandakı həlledici turnirə vəsiqəni əldən verən yığmamız Baltikyanı ölkə təmsilçisindən revanş almağa çalışacaq.

Qeyd edək ki, Latviya - Azərbaycan cütünün qalibi yarımfinalda Çin - Avstriya matçının güclüsü ilə qarşılaşacaq.

Qadın seriyası
Bakı mərhələsi
1/4 final
27 may

17:00. Niderland - İtaliya
17:25. Misir - “Takasaki”
17:50. Çin - Avstriya
18:15. Latviya - Azərbaycan

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью