Yığmamızla Avropa çempionu olan legioner yenidən milliləşdirilib İdman və Biz

05.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisi ilə 2017-ci ildə komandalararası Avropa çempionatının qalibi olan Arkadi Naydiç növbəti dəfə şahmat vətəndaşlığını dəyişib.

İdman.biz xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası ilə müqaviləsini 2021-ci ildə qarşılıqlı razılıqla pozan qrossmeyster bu dəfə Bolqarıstan tərəfindən milliləşdirilib.

Yığmamızdan ayrıldıqdan sonra bir müddət də Azərbaycan bayrağı altında oynamalı olan Naydiç bundan sonra Bolqarıstanı təmsil edəcək. O, hazırda Dohada keçirilən “Qatar Masters” turnirində mübarizə aparır.

Qeyd edək ki, Naydiç 2015-ci ildə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunmuşdu.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью