Yığmanın baş məşqçisi: Buna görə Elvini öldürmək olmaz VİDEO

23.03.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Elvin Cəfərquliyevin Haiti ilə yoldaşlıq oyununda qırmızı vərəqə almasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçunun davranışının yolverilməz olduğunu deyib.

"Mən özüm Elvinlə danışdım və dedim ki, bu, yolverilməzdir. Ancaq buna görə Elvini öldürmək olmaz", - deyə Santuş fikrini tamamlayıb.

Qeyd edək ki, Elvin buraxılan ikinci qoldan sonra oyunun baş hakimi ilə mübahisəyə görə, ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью